Satışda xeyli həcmdə yarımfabrikat məhsullar var. O yeməklər ki, rəngarəng qablaşdırılması ilə göz oxşayır.
Yemək bişirməyə vaxtı olmayanlar özlərinin aclığa olan tələbatını ödəmək üçün tez-tez məhz belə qidalara üstünlük verirlər.
Digər tərəfdən, evdə hazırlanan yeməklər bir həftəyə xarab olduğu halda, yarımfabrikatlar mağazalarda aylarla saxlanılır.
Halbuki bir aydan artıq satışda saxlanılan bu qidalardan uzaq durmaq məsləhət görülür.
Lakin buna baxmayaraq, uzun zaman kəsiyində satışda qalan yarımfabrikat məhsullarının istifadəçiləri kifayət qədərdir.
Tibb elmləri doktoru Adil Qeybulla Hit.az-a bildirib ki, belə məhsullar qida sistemində infeksiya və zəhərlənmələrə rəvac verə bilər:
“Yarımfabrikat məhsulların saxlanma şərtləri və istifadə müddəti vardır. Məsələn, ət və meyvələrin saxlanma müddəti də yuxarıda qeyd etdiyim amillərdən asılı olaraq dəyişir. Düzgün saxlanılmayan yarımfabrikat məhsullarının keyfiyyət parametrləri aşağı düşür, tərkibində toksiki maddələr əmələ gələ bilər. Ən əsası da belə məhsullar qida sistemində infeksiya və zəhərlənmələrə gətirib çıxara bilər”.
Sevinc