ABŞ-də daha bir maraqlı araşdırma aparılıb.
Hit.az xəbər verir ki, idmanın qadınlara kişilərdən daha çox müsbət təsir etdiyi ortaya çıxıb.
Belə ki, mütəmadi olaraq idman edən şəxlər arasında araşdırma aparılıb. Tədqiqatın nəticələri "Journal of the American College of Cardiology” jurnalında dərc olunub.
1997-2017-ci illər arasında Milli Sağlamlıq Müsahibə Sorğusuna qatılan 412 mindən çox insanın məşq vərdişləri incələnib. Nəticələr isə olduqca diqqət çəkib.
Çünki tədqiqatçılar qadınların həftədə 140 dəqiqə orta-güclü məşq etməsinin kişilərin 300 dəqiqə ərzində eyni səviyyədə etdiyi məşqə bərabər olduğunu müəyyən ediblər. Yəni kişilər qadınlarla eyni səviyyəni hədəfləsələr, onlardan daha çox idman etməlidirlər.
Araşdırma zamanı həm də müntəzəm idman edən qadınların ürək-damar xəstəlikləri, infarkt və ya insultdan ölmə riskinin 36 faiz daha az olduğu bəlli olub. Kişilərdə isə eyni göstəricinin qadınlardan 14 faiz aşağı olduğu müəyyən edilib.
Bundan başqa, idman edən qadınların ölüm riskinin etməyənlərə nisbətən 24 faiz daha az olduğu, kişilərdə isə bu nisbətin 15 faiz təşkil etdiyi qeyd olubub.
Pərviz