"Çox qəzəbli adamların mərhəmətə ehtiyacı var" - Psixoloq

ÖLKƏ
22:00 / 28.02.2024
406

"Əgər bir adam həddən artıq qəzəbli, əsəbi, ətrafdakı hər şeyə qarşı aqressivdirsə, onun keçmişdən qalan qəlb aırıları, travmaları var. O, uşaq ikən ailəsindən möhkəm inciyib, ala bilmədiyi sevginin əvəzini isə özü gücləndikdən sonra ətrafa şiddət göstərməklə çıxır".

Bu sözləri Hit.az-a psixoloq Vəfa Seyidova deyib.

"Belə insanların qəzəbi əslində qarşılarındakına deyil, keçmişədir, onlara mərhəmət göstərin, çünki başqalarından fərqli olaraq, belə qəzəbli insanlara mərhəmət etmək asan olmur. Kimisə öz yaxınlarına buraxmırlar, acılayaraq  öz acılarını söndürməyə çalışırlar. Psixoloji dəstəyə ehtiyacları olduğu halda onu da qəbul eləmirlər. Bu qəzəbə sevgi ilə cavab  vermək  asan deyil, bunu bacarsanız , ona kömək edə biləcəksiniz”.

Psixoloqun sözlərinə görə, əgər bir insan özgələrinə həddən artıq çox kömək göstərməyə çalışırsa, onun özünün  köməyə, psixoloji dəstəyə ehtiyacı var, o özünə kömək edə bilmir. Öz yarasını başqalarının yaralarını sararaq, sağaltmağa çalışır. Bir insan ətrafındakılardan daim qaçır, uzaq durmağa çalışırsa , onu balaca  ikən çox az seviblər".

Murad

0