Soyuq havada saça necə qulluq edilməlidir?

ÖLKƏ
22:14 / 29.02.2024
319

Hər fəsil kimi qışda da saç və üz dərisinə qulluq etmək önəmlidir. Soyuq havalarda mənfi təsirlər daha çox ola bildiyi üçün bu havalarda diqqət daha çox olunmalıdır.

Kosmetoloq Aynurə Həsənova Hit.az-a açıqlamasında qeyd edib ki, qışda saçlara qulluğun, papaq taxmağın önəmindən söz açıb:

 "Soyuq havalarda saçlar daha çox baxıma ehtiyac duyur. Saçları və başı isti tutmaq, beret kimi qoruyuculardan istifadə etmək lazımdır. Ancaq bunlar çox möhkəm və qapalı olmamalıdır.  Əks halda saçlarınızın nəfəs alması çətinləşər və qan dövranınızda problemlər ortaya çıxa bilər. Saçlarınızı külək və soyuq havadan qoruyarkən oksigensiz buraxsanız, yenə tökülmə, zəifləmə kimi problemlərlə qarşılaşmalı olacaqsınız. Saçları tez-tez yumaqdan da qaçmaq lazımdır. Həftədə 2-3 dəfə yumaq sağlam və baxımlı olmaları üçün kifayətdir".

Sevinc

0