Kitab oxumaq, yoxsa real təcrübə: Hansı bizi uğura apara bilər?

ÖLKƏ
23:17 / 29.02.2024
356

Bu gün kitab oxucuları bədi ədəbiyyata deyil, daha çox özünü inkişaf, xoşbəxtlik, insanlarla ünsiyyət haqqında kitabları oxumağa üstünlük verir. 

Psixoloq Könül İsmayılova Hit.az-a şərhində deyib ki, insanlar kitab oxumalıdır: 

“Kitab da musiqi kimi zövqdən asılıdır. Kimi istəyir bədii ədəbiyyat oxuyur, kimisə də fərdi inkişaf haqqında kitablara üstünlük verir. Ancaq onu da unutmaq lazım deyil ki, fərdi inkişaf haqqında kitablar daha çox müəllifin taleyi, həyatı ilə bağlı olur. 

Yəni müəllif əldə etdiyi uğuru qələmə alıb. Ancaq bu o demək deyil ki, hər kəs o yoldan gedərək uğur qazana bilər. Bu səbəbdən də şəxsi inkişaf kitablarından daha çox real təcrübəyə üstünlük verilməsini məqbul hesab edirəm. Kitab oxumaq yaxşıdır insanın söz ehtiyatı artır, dünya görünüşü dəyişir. Tək yerli müəlliflərin deyil, xarici yazarların kitablarına müraciət edilməlidir".

Sevinc

0