Xalq artisti: "Gerçəkləşməyən arzularımı bir gecədə həyata keçirəcəm"

ÖLKƏ
11:15 / 01.03.2024
222

"Bu günə kimi gerçəkləşməyən arzularımı bir gecədə həyata keçirəcəm".

Bunu Hit.az-a Xalq artisti Naibə Allahverdiyeva 60 illik yubiley mərasimindən danışarkən deyib. 

Aktrisa bu günə kimi həsrətində olduğu, ancaq oynaya bilmədiyi obrazlarını bir gecədə təqdim edəcək:

"Mənim yubileyim qeyri-adi olacaq. Bu günə kimi Azərbaycanda belə bir yubley olmayıb. Bu obrazlar mənim gənclik illərimin arzuları olub. Amma həmin rolları müəyyən səbəblərdən teatrda mənə oynamağa vermədilər. 5 rolu yığıb bir yerə bir tamaşa hazırladıq. Həmin tamaşa martın 10-da məni sevənlərə təqdim edəcəm. Həmin tamaşada 17-18 yaşlı bir qız obrazını da canlandıracam. Gənclik illərimdə "Cülyetta" obrazını oynaya bilməmişəm, həmin günü bu rolu da oynayacam".

Naibə Allahverdiyeva 60 illik yubileyində çox maraqlı səhnələrin olacağını vurğulayıb.

Azra 

0