Telefonla danışmaq mədəniyyəti

ÖLKƏ
21:01 / 01.03.2024
293

Müasir dünyamızda telefonların rolu danılmazdır. Texnoloji inkişaf dövründə bütün şəxsi və iş problemlərinin, demək olar ki, 60 faizi telefonla həll olunur. Ona görə də artıq “telefonla danışıq  etikası, mədəniyyəti” deyilən bir anlayış da leksikonumuza daxil olub. Ancaq, təəssüflər olsun ki, bu gün küçədə, ictimai nəqliyyatda və digər yerlərdə telefonla yüksək səslə, etik normalardan kənar danışan insanlara tez-tez rast gəlirik. 

 
Nitq təlimçisi Turanə Ələkbərova Hit.az-a bildirib ki, işgüzar adamlar mütləq telefon danışığının hamı tərəfindən qəbul edilmiş qaydalarına yiyələnməlidirlər: 

“Bu gün bütün ali məktəblərdə  “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənni tədris olunur. Həmin fənnin proqramında telefon danışıqları işgüzar danışıqların bir növü kimi tədris edilir. Telefon etikası, estetikası, danışıq mədəniyyəti barədə tələbələrimiz geniş məlumatlar əldə edirlər”.

Turanə Ələkbərova deyib ki, telefonla danışıq etikası tək yerli sakinlərin, necə deyərlər, rahatlığı üçün deyil, həm də ölkənin hörmətini, imicini qaldırmaq, qonaqların gözündə əhali haqqında xoş fikir yaratmaq üçün də lazımdır.

Sevinc

0