Paket çaylara rəng qatılır?

ÖLKƏ
19:24 / 01.03.2024
467

Çay milli mətbəximizin ən çox istifadə olunan içki növüdür. Azərbaycan xalqının məişətində çay süfrəsi arxasında müxtəlif mərasimlərin təşkili özünəməxsus yer tutur.

Çay dəstgahı adlandırdığımız bu cür mərasimlər həm də milli adət-ənənəmizə çevirilib. Təsadüfi deyil ki, azərbaycanlılar qonaq qarşılayanda süfrəyə hər şeydən öncə təzə dəmlənmiş çay düzürlər. 

Təəssüf ki, bu gün satışda olan qablaşdırılmış quru çayların keyfiyyəti barədə birmənalı fikir söyləyə bilmərik. İstifadə etdiyimiz əksər quru çaylar dəmlənəndən yarım saat sonra dadını, rəngini itirir. 

Qida eksperti Leyla Səlimova Hit.az-a deyib ki, əhali birdəfəlik istifadə üçün nəzərdə tutulmuş paket çaylardan imtina etməlidir:

“Vətəndaşlarımız paket çaylardan imtina etsələr, daha yaxşı olar. Bəzi şirkətlər paket çay istehsalında daha az maddi vəsait xərcləmək məqsədilə, ləvazimatların seçimində keyfiyyətli deyil, sintetik materiallara üstünlük verirlər. Nəticədə paket çay içdiyimiz zaman rənglənmiş saman çöpləri və çayın sintetik örtüyü də orqanizmimizi zəhərləmiş olur. Xüsusilə də çay alarkən xırda yarpaqlı çayların arzuolunmayan olduğunu nəzərə alsınlar. Daha keyfiyyətli çaylar kolun uzun yarpaqlarından yığılanlardır”.

Sevinc

0