Müəyyən səbəblərlə xanımların bir çoxunda analıq rəhminin , başqa sözlə “matka”nın kəsilib götürülməsi halları baş verir.
İnsanlarda belə bir inam var ki, rəhmi götürülən qadınlar yaşlarından asılı olmayaraq, cinsi həyatlarını da itirirlər. Bəs görəsən bu həqiqətən belədir?
Hit.az-a açıqlama verən cərrah-ginekoloq Turanə Mirzəliyeva bildirb ki, bu yanlış inamdır.
“Qadınlarda ana bətni kəsilib götürülür. Amma uşaqlıq boynu fəaliyyətini saxlayır. Cinsi akt zamanı insana həssaslığı verən də vaginal bölgə və uşaqlıq boynudur. Buna görə, qadının rəhminin kəsilib götürülməsi cinsi həyata təsir etmir. Bu fakt cinsi akt zamanı nə qadında, nə kişidə fərqli duyğu yaratmır”,- deyə həkim qeyd edib.
Murad