Son illər diş protezlərini implant dişlər uğurla əvəz etməyə başlayıb. Həm estetik cəhətdən görünüşü , həm də istifadə rahatlığı baha olsa belə, insanları implant dişlərə yönəlməyə sövq edir. Söz yox ki, bu prosedur cərrahi əməliyyat sayılır.
Bəs hamıya bu dişlərdən qoydurmaq uyğundurmu? İstəyən hər kəs implant diş qoydura bilər?
Hit.az-ın bu sualını stomotoloq Hümbət Əkbərov cavablandırıb.
O bildirib ki, implantın uğurlu alınması çənə sümüyünün keyfiyyətindən, diş ətinin sağlam olmasından asılıdır. Əgər pasientin sağlamlığı ilə bağlı ciddi problemi yoxdursa, implant dişlər uğurla tətbiq oluna bilər”,- deyə o bildirib.
Həkim hansı hallarda, kimlərin implant diş qoydura bilməsinin riskli olması barədə də danışıb:
“Şəkərli diabet xəstələri, ürək qan-damar dövranı pozğunluğu olan, ürəyinə stend qoyulmuş pasientlər üçün bu əməliyyat risk daşıyır, xüsusi nəzarət altında problemsiz həll edə bilirik. Xərçəng xəstələrinə müdaxilə eləmək olmaz. İmplantda yaş həddi yalnız sümük inkişafı tamamlanmamış gənclərə aid edilə bilər”,- deyə o bildirib.
Murad