Hər nə qədər bu gün cinsi oriyentasiyada fərqlilik məsələsi bütün dünyada adi hal kimi qəbul etdirilməyə cəhd edilsə də, bizim cəmiyyət buna birmənalı olaraq ayıb kimi yanaşır.
Homoseksuallıq, biseksuaalıq xəstəlikdir?
Hit.az-ın bu sualına seksopatoloq Təhmasib Cavadzadə cavab verir.
“Əgər insan özünü fərqli cinsi halı ilə narahat hiss etmirsə, psixologiya buna xəstəlik kimi baxmır. Ruhun təbiətində biseksuallıq anlayışı va. Bu gün psixologiya homoseksuallıq, panseksuallıq və biseksuallığı xəstəlik hesab etmir. Dinə görə haram sayılsa da, tibbə görə baxış bucağı fərqlidir. Əgər insanın fərqli cinsi oiyentasiyası var və o bunu gizlədib , özünü fərqli şəkildə göstərirsə, bu onu daxilən xəstə edir, nevroza səbəb olur. Tutaq ki qadınları sevməyən bir kişi cəmiyyətin basqısı ilə ailəlidir və arvadına qarşı soyuqdur, lakin özünü onu sevirmiş kimi göstərməyə məcburdur. Bu əlbəttə onun psixologiyasını pozacaq. Sovet dönəmində belə əlaqələr cinsi meyl pozuntusu adı ilə tədris olunurdu. Müasir psixologiya buna pozuntu kimi baxmır”, deyə o bildirib.
Murad