Ülviyyə, Ləman və Esmira xanım. Biri təkər təmir edir, dəyişir, biri satır, digəri isə hesab-kitab işlərini görür.
Bu 3 xanım 3 il öncə təkər təmiri və satışı ilə məşğul olmaq üçün mağaza açıblar. "Müştərilərimizin 90 faizi təəccüblə qarşılayır. Xanım və təkər işi", - deyən Ülviyyə xanım atasını uşaq yaşlarında itirib.
İllər öncə həm də qaydasız döyüş növü üzrə idmanla da məşğul olan Ülviyyə xanım deyir ki, 9 bacı-qardaş olan başçısız ailənin ehtiyaclarını qarşılamaq üçün yeniyetmə yaşlarından işləməyə məcbur olub.
16 yaşından başlayaraq ustaların yanında bu işin sirlərini öyrənməyə başlayıb.