Yemək qalıqlarını atmayın - Botanikdən maraqlı fikir

ÖLKƏ
21:47 / 11.03.2024
271

Hər evdə mütləq yemək qalıqları olur. Şəhərdə çox zaman onları zibil qablarına atırıq. Halbuki bu tullantılar çiçəklər, ağaclar üçün gözəl gübrə ola bilər.

Bu fikirləri Hit.az-a botanik Aydan Səfərli deyib. O bildirib ki, evdə bəslədiyiniz dibçəklərə, həyət çiçəklərinin və ağacların dibinə bu yemək qalıqlarını töksəniz, onların sürətlə inkişaf etdiyini görəcəksiniz.

"Çünki insanların yediyi qidaların qalıqları bitkilərimiz üçün də faydalıdır. Onlar torpağa qarışıb faydalı çürüntüyə dönür, torpağı zənginləşdirilər. Ona görə tullantılarınızdan düzgün istifadə etməklə, ikinci dəfə istifadə edin", deyə bioloq qeyd edib.

Murad

0