Xarici dilləri hansı yaşlarda öyrənmək daha uyğundur?

ÖLKƏ
18:18 / 12.03.2024
383

Müasir dövrdə bir çox iş yerlərinə müraciət edilən zaman xarici dil biliyi işə qəbul zamanı əsas götürülür. 

Buna görə də gənclərin bir çoxu xarici dil öyrənmək üçün kurslara, ya da fərdi müəllimlərə müraciət edirlər. 

Bəzi valideynlər isə gələcəkdə daha yaxşı işlə təmin olunması və digər səbəblərdən övladlarını kiçik yaşlarından bir neçə dil kurslarına göndərirlər. 

Bəs görəsən xarici dili hansı yaşlarda və necə öyrənmək lazımdır?

İngilis dili müəllimi Flora Məmmədova Hit.az-a deyib ki, hər kəs istəsə, xarici dil öyrənə bilər. Dil öyrənmək üçün yaşın fərqi yoxdur: 

“Hər bir yaşda xarici dil öyrənmək olar. Yetər ki, insanda həvəs olsun və özü öyrənməyə cəhd etsin. Bu gün kurslara daha çox uşaqlar və universitet tələbələri gəlirlər. Yaxşı iş tapmaq, uğurlu karyera qurmaq üçün daha çox ingilis dili öyrənməyə cəhd edirlər. İngilis dilinə bu gün hər sahədə çalışanlar ehtiyac duyurlar deyə, hər sahədə və müxtəlif yaş qrupundan olanları görmək olur”.

Sevinc

0