Hər boğazı ağrıyan inhalyasiya etməlidirmi?

ÖLKƏ
18:50 / 13.03.2024
315

Son zamanlar insanlar xüsusilə qış aylarında yuxarı tənəffüs yollarının soyuqdəymə xəstəliklərinin müalicəsi zamanı inhalyasiyadan tez-tez istifadə edirlər.

Sosial şəbəkələrdə və cəmiyyətdə yayılan məlumatlardan aydın olur ki, əksəriyyət hətta inhalyasiyanı həkim məsləhəti olmadan, özbaşına tətbiq edir.

Həkim ekspert Pərvanə Mustafayeva Hit.az-de deyib ki, inhalyasiya kimi müalicə vasitələrini tətbiq edərkən də mütləq həkim məsləhətini dinləmək lazımdır. Adi soyuqdəymə zamanı baş qaldıran öskürəyi müalicə etmək üçün demək olar dərman lazım deyil. Bir neçə gün həmin mikrob yaşayır və öskürək keçir:

“Sadəcə mütəmadi burunu təmizləmək lazımdır. Öskürək təngnəfəsliklə müşahidə olunursa, yeməyə, yuxuya mane olursa, çox ciddi haldır. Özbaşına heç nədən istifadə etmək olmaz,təhlükəli haldı və mütləq həkim müayinəsi lazımdı. inhalyasiya tətbiq etmək üçün nebulayzer adlı xüsusi aparat var. Onun içərisində yerləşən xüsusi kiçik bankaların içərisinə dərman qoyulur. Həmin dərman buxar halına çevrilir və uşaqlar o buxarla nəfəs alır. Nebulayserə qoyulacaq dərman mütləq həkimin təyin etdiyi olmalıdır. İnsanlar aptekdə çalışan satıcının məsləhətilə dərman alıb, inhalyasiya etməməlidirlər”.

Sevinc

0