"Tutuquşu qızdırması"nın əlamətləri nələrdir? - İnfeksionistdən AÇIQLAMA

ÖLKƏ
10:05 / 14.03.2024
437

Son günlərdə dünyada daha bir virus sürətlə yayılmağa başlayıb.

Söhbət "tutuquşu qızdırması"ndan gedir. Artıq Almaniya, İsveç, Niderland, Danimarka, Avstriya kimi bir çox ölkədə sözügedən xəstəliyə yoluxma halları qeydə alınıb. Üstəlik, bu virusa yoluxan insanlar arasında ölənlərin də olduğu bildirilir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da sözügedən xəstəliklə bağlı xəbərdarlıq edib. 

Ümumiyyətlə, "tutuquşu qızdırması" və əlamətləri nələrdir?

345791

İnfeksionist Ləman Qalimova Hit.az-a açıqlamasında "tutuquşu qızdırması" haqqında bunları deyib:

""Tutuquşu qızdırması" "Chlamydia psittaci" adlanan bakteriyanın yaratdığı xəstəlikdir. Yəni bu, bakteriyal xəstəliklərdən biridir. Zoonos xəstəliyi olduğu üçün kontakt zamanı quşlardan insanlara keçir. Əsasən atipik pnevmaniyaya səbəb olur".

Həkim xəstəliyin əlamətlərindən də söz açıb:

"Sözügedən xəstəlik insanlarda yüksək hərarətlə müşahidə olunur. Həmçinin, quru öskürək, baş ağrısı, titrəmə və əzələ ağrıları kimi şikayətlərlə də özünü biruzə verir". 

Pərviz

0