Botoksdan sonra dəri sürətlə qocalır? - Mütəxəssis rəyi

ÖLKƏ
13:38 / 14.03.2024
997

İnsanlar arasında belə bir fikir yayılıb ki, bir  dəfə botoks iynəsi vurdurduqdan sonra onu ömür boyu davam etdirməlisən. Əks halda botoks tətbiqini dayandıran kimi dəri sürətlə qocalmağa başlayacaq.

Bu nə dərəcədə doğrudur?

Hit.az-ın sualını həkim Nuray Cəmilova cavablandırıb. O bildirib ki, bu fikir başdan-başa yanlışdır. 

“Botoks iynəsi öz təsirini 4-6 ay ərzində davam etdirir. Ondan sonra  keyləşmiş əzələlər açılır və  sima öz təbii görünüşünə dönür. Lakin bu birdən-birə baş vermir. Botoks iynələri dərinin altında kollogen ifrazını artırdığına görə,  botoks vurdurmuş insanların üz dərisi yaşıdlarına nisbətən daha təravətli görünür”, deyə həkim bildirib.

Həkim üz dərsini təravətli saxlamaq üçün botoksun effektini m vitamin kompleksləri ilə dəstəkləməyi tövsiyə edib.

“Narkoz, antibiotiklərin qəbulu, qaynar su ilə yuyunmaq botoksun təsirini tez itirməyə səbəb olur”, deyə o əlavə edib.

Murad

1