Gənc oğlanlar arasında and içmə vərdişi niyə artıb?

ÖLKƏ
22:40 / 14.03.2024
337

Tarixən Azərbaycanda kişi sözü həmişə dəyərli olub. Odur ki, kişilər hansısa bir əhd, hansısa bir sövdələşmə edəndə “kişi kimi söz verirəm” ifadəsini işlədiblər.

Azərbaycan kişisinin sözünəbütöv olması, əhdinə sadiqliyi hər zaman başqa xalqlar tərəfindən nümunə kimi göstərilib.

Bu gün isə o kişilərin davamçısı olan Azərbaycan kişilərinin əksəriyyəti, xüsusən də uşaqlar, yeniyetmə və gənclər fikrini sübut etmək üçün dayanmadan and içirlər.

Təəssüf ki, bu gənc oğlanlar arasında and içmək bir ənənəyə, qorxulu bir tendensiyaya çevirilib.

Gənc kişilər arasında and içməyin adi hala çevirilməsi həqiqətən də kənardan heç yaxşı görsənmir. 

Psixoloq Aynur Əliyeva Hit.az-a deyib ki, and içmək insanların xarakterinin bir qədər qeyri-ciddiliyinə dəlalət edir. İnsanlar yalan danışanda daha çox and içirlər:

“Son onillikdə cəmiyyətdə elə proseslər getdi ki, mənəvi dəyərlər bir qədər arxa plana, maddiyyatla bağlı dəyərlər isə ön plana keçdi. Mənəvi amillər öndə olanda cəmiyyətdə tərəqqi, inkişaf olur. Ona görə də biz mənəvi dəyərlərə daha çox üstünlük verməyə çalışmalıyıq. Biz onda bazar əxlaqından yavaş-yavaş uzaqlaşacağıq. Bu da insanlara, xüsusən də gənclərə doğru danışmaq vərdişləri aşılayacaq, onlarda doğru danışmaq mədəniyyəti formalaşdıracaq. Gənclər doğru danışmaq öyrənəndə isə yalan danışmağa ehtiyac qalmayacaq”.

Sevinc

0