Telefon və noutbuku lombardlara qoyanlar - Məlumatlarınız oğurlana bilər

ÖLKƏ
21:25 / 14.03.2024
332

“Telefon və ya noutbuk elə bir əşyadır ki, orda bizim şəxsi məlumatlarımız var.

Yaxşı olar ki, lombarda bu kimi əşyaları girov qoyan şəxs şəxsi məlumatları silsin”

Bu sözləri Hit.az-a hüquqşunas Əkrəm Həsənov deyib. 

Onun bildirdiyinə görə, istənilən əşyanı banka girov qoymaqla kredit götürmək olar. 

Bu sahədə heç bir məhdudiyyət yoxdur:

 “Ancaq bu kimi məsələlərdə bəzi detalları nəzərə almaq lazımdır. Telefon və ya noutbuk elə bir əşyadır ki, orda bizim şəxsi məlumatlarımız var. Yaxşı olar ki, lombarda bu kimi əşyaları girov qoyan şəxs şəxsi məlumatları yox etsin. Əks halda şəxsi fotoşəkillər, sənədlər, e-poçtlar, parollar kimi məlumatlar başqaları tərəfindən əldə edilə və istifadə oluna bilər. Nəzərə almaq lazımdır ki, məlumatların oğurlanması risqi də böyükdür. Kimlərsə cihazınızda olan məlumatları hədəf alar və bu məlumatları zərərli məqsədlər üçün istifadə edər. Burada şəxsiyyət oğurluğu risqi də mümkündür. Belə ki, cihazda giriş və ya etimadnamələr varsa, həmin şəxsin adı ilə müxtəlif onlayn fəaliyyətlərlə məşğul olunar  və ya hesablara icazəsiz girə bilərlər”.

Sevinc

0