Başqalarına məxsus varidatın müzakirə olunması insanlar arasında geniş yayılıb.
Hansısa məşhurun evlərini, hansınınsa maşınlarını, bir sözlə, başqasının mal-mülkünü gözü götürməyən həmişə çoxluqdadır.
Bu natamamlıq kompleksi, yoxsa başqasının uğurunu qısqanmadır?
Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, öz həyatını yaşıya bilməmək, başqalarının həyatına burnunu soxmaq etik qaydaları pozmaq deməkdir:
“Məşhur birinin həyatında əldə etdiyi pul, maşın, ev bunlara sahib olmayan insanları ona görə qıcıqlandırır ki, “məndə yoxdur, onda niyə olsun ki?" Paxıllıq duyğusu onları nəyisə əldə etməyə imkan vermir. Bu duyğuya sahib olan bir insanın uğur qazandığını görmək qeyri-mümkündür”.
Psixoloq hesab edir ki, başqasının mal-mülkünü müzakirə etmək natamamlıq kompleksidir.
Sevinc