Apteklərin reseptsiz dərman vermə problemi

ÖLKƏ
19:50 / 15.03.2024
427

“Dərmanların həkim resepti olmadan istifadəsi qətiyyən düzgün deyil”. 

Bu sözləri professor, həkim-cərrah Adil Qeybulla Hit.az-a açıqlamasında deyib.

Həkimin sözlərinə görə, xarici ölkələrdə xəstə aptekdən həkim resepti olmadan özbaşına heç bir dərman preparatı ala bilməz: 

“Həmçinin digər ölkələrdə də konkret olaraq xəstəliyin müalicəsi üçün lazım olan dərmanı reseptsiz almaq mümkün deyil. Təəssüf ki, Azərbaycanda dərman bazarı acınacaqlı vəziyyətdədir. Keyfiyyət parametrləri xeyli aşağı olan dərmanlar ölkəyə idxal olunur. Bəzən də xəstələr özbaşına müəyyən dərmanları alıb qəbul edirlər. Bunun isə nəticəsi sonradan çox ağır olur. Dərmanlardan həkim resepti ilə istifadə etmək ona görə vacibdir ki, dərmanın əlavə təsirləri olmasın. Həkim dərmanların hansı dozada, necə qəbul edilməli olduğunu reseptdə bildirir. Bəzi dərmanlarda zəhərlənmə onların dozasının artıq olmasından irəli gəlir. Dərman zəhərlənməsi deyilən hal əslində toksiki təsirdir. Həm dərmanın daha çox dozada olması, həm də onun içərisinə daxil olan dərman əlavələri var ki, (həmin əlavələr dərmana dad, rəng, struktur verir) onların özünün də aşağı keyfiyyətinin bəzən orqanizmə mənfi təsiri ola bilər”.

Sevinc

0