"Emal olunmuş qidalar bizi yavaş-yavaş öldürür" - Həkim

ÖLKƏ
22:41 / 15.03.2024
465

“Mağazalardan aldığınız hazır yeməklər bizi yavaş-yavaş öldürür”.

Bu sözləri Hit.az-a dietoloq həkim Aytən Məmmədli deyib.

“10 milyon ABŞ sakini üzərində araşdırma aparılıb, məlum olub ki, onların hamısı hazır yeməklər istehlak edirlər. İllərlə aparılmış müşahidələrdən sonra mütəxəssislər bu qənaətə gəliblər ki,  emal olunmuş ərzaqlar insan orqanizminə dağıdıcı təsir göstərir və tədricən bizim ölümümüzə səbəb olur Bu gün təəssüf ki, belə qidaların sayı həddən çoxdur və ona görə xərçəng kimi qorxunc xəstəlik də çoxalıb”,- deyə həkim qeyd edib.

Bəs emal edilmiş qida deyəndə hansı ərzaqlar nəzərdə tutulur?

“Üyüdülmə, təmizləmə, ekstraksiya, zənginləşdirmə, böyük miqdarda kimyəvi maddələrlə  dadlandırılma proseslərindən keçmiş ərzaqlardan söhbət gedir. Bu maddələr xarab olmasın deyə onların içərisinə konservantlar qatılır. Mətbəximizdə bu üsullardan istifadə etmirik. Sənaye üsulu ilə hazırlanan qidalar fərqli yol və yöntəmlərlə hazırlanır. Onların fəsadı öz nəticəsini bir gündə göstərmir, amma  zaman içində orqanizmə və genetikamıza zərbə vurur”,- deyən həkim əlavə edib ki, ona görə dünyada natural qidalanmaya üstünlük verilməyə başlayıb. 
“Genetikası modifikasiya edilmiş məhsullar insan genetikasına yetərli qədər zərbə vurub. Indi mağaza yeməkləri ilə bu dağıdıcı proses daha da  gücləndirilir. 150 il sonra insan nəsli indikindən çox- çox fərqli olacaq. Həm də yaxşı mənada yox. Zəifləyirik”,- deyə o bildirib.

Murad

0