Məşhur meyxanaçının oğlu xəstəxanaya yerləşdirildi - FOTO

10:51 / 18.03.2024
473
Tanınmış meyxanaçı Namiq Mənanın oğlu Məna Əliyev xəstəxanaya yerləşdirilib.
 
HİT.az xəbər verir ki, bununla bağlı Məna Əliyev sosial şəbəkədə məlumat paylaşıb. O, paylaşdığı videoya belə şərh yazıb:
 
"Növbəti açılan yara, həyat davam etmək istəyir".
 
Qeyd edək ki, Namiq Mənanın oğlu Məna Əliyev müğənni kimi fəaliyyət göstərir. Bir müddət əvvəl meyxanaçı oğlunun beynində xoşxassəli şiş aşkarlandığını açıqlamışdı.
 

0