Ekoloq həyəcan təbili çaldı: Arılar ölür, insanlıq təhlükədədir

ÖLKƏ
13:31 / 18.03.2024
438

Ekoloq Sərvər Hacıbalayev Hit.az-a maraqlı açıqlama verib.

O bildirib ki, hazırda yer kürəsində qaraciyəri ən çox  yağlanan heyvan arıdır.

“Arılar ölərsə, bəşəriyyətin sonunun gəlməsinə cəmi 5 il qalacaq. Bunu mən yox, Eynşteyn deyib. Bu gün dünyada bal arılarının yarıdan çoxu məhv olub. Qalan  yarısı da qara ciyərin piylənməsi , arı sirrozu və alzheymer xəstəliyindən əziyyət çəkir. Bunun səbəbi arıqların yuvalarının qarşısına şəkər tozu tökülməsidir”,- deyə ekoloq bildirib.

“Balçılar  arının daha yaxşı qidalanması üçün onlara süni şəkər yedizdirirlər. Arı gedib çiçəklərdən bal toplamaq əvəzinə bu bu şəkər tozu ilə qidalanır, nəticədə bu onun qara ciyərinə və beyninə təsir edir. Bal arılarının çoxu yuvasından uçub, sonra geri qayıda bilmir. Bu qorxuludur, həyəcan təbili çalınmalıdır. Biz təbiətin bütün balansını, dəngəsini pozmuşuq”,- deyə o qeyd edib.

Murad

0