İmsakda nələri yemək tövsiyə olunur? - SİYAHI 

ÖLKƏ
18:58 / 18.03.2024
365

Ramazan ayında oruc tutan insanlar qida rasionuna xüsusi diqqət göstərməlidirlər.

Hit.az bildirir verir ki, imsakda doğru qidalar qəbul edərək iftara qədər enerjili qala bilərsiniz.

İmsak zamanı tox saxlayan təamlar yemək gün ərzində aclıq hissini azaldır və enerjinizi balanslı şəkildə qorumağa kömək edir.

Bəs imsakda nələri yemək tövsiyə olunur?

1. Yumurta
Protein baxımından zəngin olan yumurta toxluq hissini artırır və əzələlərin güclü qalmasına kömək edir.

2. Yoğurt
Yoğurt yemək isə həzm prosesini sürətləndirir və uzun müddət toxluq hissi etməyinizə səbəb olur. 

3. Meyvələr 
Liflə zəngin olan meyvələr də həzm prosesini sürətləndirir və toxluq hissini artırır. Xüsusilə, alma, armud və çiyələk kimi meyvələr tövsiyə olunur.

4. Badam 
Tərkibində protein və sağlam yağlar olan badam da toxluq hissini artırır, eləcə də enerji səviyyəsini saxlayır.

5. Avokado 
Avokado da bənzər təsir gücünə malikdir. O da öz növbəsində həzm sistemi sürətləndirir, toxluq hissini artırır və enerji balansını qoruyur. 

6. Qəhvəyi çörək:
Liflə zəngin tam buğda çörəyi də həzmi ləngidir və toxluq hissini uzada bilir. 

7. Qızılbalıq:
Tərkibində "Omeqa-3" yağ turşuları olan qızılbalıq toxluq hissini artırır və orqanizmi sağlam yağlarla təmin edir.

Pərviz

0