Bayramda necə qidalanmalı?

ÖLKƏ
21:54 / 19.03.2024
392

Hamının sevinclə gözlədiyi Novruz bayramı həm də təmtəraqlı bayram süfrələri ilə əlamətdardır.

Bayramın özəlliyi ondadır ki, bu günlərdə üzərində çeşid-çeşid yeməklər, salatlar, şirniyyatlar, çərəzlər olan bayram süfrələri açılır. 

Çoxumuz ətli və yağli yeməklərin üzərindən hələ bir çayla şəkərbura-paxlava da yeyirik.

Bayram özü ilə sevinc, xoşbəxtlik gətirsə də, bir çoxları bayram keçirmək mədəniyyətinə düzgün əməl etməyərək, xoş günləri ağrıya-acıya çevirirlər. 

Bəs bayramı sağlam başa vurmaq üçün nə etmək lazımdır?

Həkim Pərvanə Mustafayeva Hit.az-a deyib ki, bayram günlərində çoxlu yemək mədə-bağırsağın mikroflorasını pozacaq. Xroniki qastridin kəskinləşməsinə keçəcək. Qanaxmaya qədər gətirib çixara bilər. Bayramdan sonra isə baş ağrısı, əzginlik, yorğunluğa gətirib çıxaracaq: 

"Novruz süfrəsində şirniyyatlar çoxluq təşkil etdiyindən, xüsusən şəkər xəstələri diqqətli olmalıdır".

Həkim onu da əlavə edib ki, mayenin düzgün qəbul edilməsi də sağlam qidalanmanın vacib şərtlərindəndir. Xüsusən də su orqanizm üçün müstəsna əhəmiyyətə malikdir. Mütəmadi olaraq suyun qəbulu lazım olduğundan artıq yeməyin qarşısını alır.

Sevinc

0