Orta məktəb müəssisələrində qrafik dizayn bacarıqlarının tədris edilməsi məqsədilə "Qrafik dünya” təhsildə dizayn bacarıqlarının öyrədilməsilayihəsi hayata keçirilmişdir...
Sözügedən layihə Elm və Təhsil Nazirliyinin maliyyəsi, "Uşaq və Yeniyetmələrə Dəstək” ictimai birliyi və Azərbaycan İncəsənət Məktəbinin tərəfdaşlığı ilə Bakı şəhəri Yasamal rayonu 53 №-li tam orta məktəbində icra olunub. Məktəbin direktoru olan, layihə rəhbəri Tünzalə Zeynalova layihənin Azərbaycan Respublikasının Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII qrant müsabiqəsinin qalibi olduğunu və 6 ay müddətində icra edildiyini qeyd edib.
Layihənin ilkin mərhələsində 20 gənc müəllimə dizayn bacarıqları öyrədilib. Təlimlər kursu 24 təlim günündən, 36 akademik saatdan ibarət olub. Dizayn kursunu bitirən iştirakçılar poster, vizitkart, flayer, buklet, dəvətnamə, jurnal, kataloq, loqo və bu kimi qrafik dizayn məhsullarını sərbəst hazırlamağa başlayıblar. Növbəti mərhələdə müəllimlər öyrəndikləri bacarıqları şagirdlərinə tədris edəcək.