Göytəpə su anbarı 10 ildən sonra ilk dəfə tam doldu

ÖLKƏ
18:40 / 24.03.2024
275

Cəlilabad rayonunda yerləşən Göytəpə su anbarı tam su ilə dolub.

Rayon sakinlərinin "Report"un yerli bürosuna verdiyi məlumata görə, son günlər intensiv yağıntılar nəticəsində anbarda belə bir vəziyyət yaranıb.

Onların bildirdiyinə görə, sonuncu dəfə anbarda bu qədər su kütləsi 2014-cü ildə müşahidə olunub.

Qeyd edək ki, sözügedən anbar Göytəpəçayın məcrasında yerləşir. Anbarın 2010-cu ildə tikintisi başa çatıb və açılış mərasimi keçirilib.

0