Xocalıda itkin düşən şəxsin qalıqları 32 il sonra dəfn olundu - FOTOLAR

ÖLKƏ
13:54 / 27.03.2024
543

Xocalı ərazisində aşkar olunmuş kütləvi məzarlıqdan qalıqları tapılmış Mahmudov Akif Seydulla oğlu ilə vida mərasimi keçirilib.

HİT.az “Trend”ə istinadən xəbər verir ki, Xocalı soyqırımı zamanı itkin düşmüş Akif Mahmudovun qalıqları Ceyranbatana, ailəsinin yaşadığı evə gətirilib.

Burada şəhidlə vida mərasimi keçirilib. Mərasimində şəhidin yaxınları, Xocalı sakinləri iştirak edib. Şəhidin Xocalıdakı kütləvi məzarlıqda aşkarlanan qalıqları Ceyranbatan qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb.

Qeyd edək ki, Akif Mahmudov 1962-ci ildə Xocalıda anadan olub. Könüllü özünümüdafiə dəstəsinin üzvü olan Akif Mahmudov 30 yaşında, 1992-ci il 26 fevralda itkin düşüb. Ailəli olub, 2 oğlu var.

0