Meyvələr necə saxlanılmalıdır?

ÖLKƏ
22:08 / 28.03.2024
473

Meyvələri müxtəlif şəraitdə xeyli müddət saxlamaq mümkündür.

Lakin bəzən meyvələrin çürüməsinin qarşısını almaq olmur. 

Hətta çürük meyvələrin sağlamlığa müsbət təsir etdiyini iddia edənlər də var.

Tibb elmləri doktoru, həkim Adil Qeybulla Hit.az deyib ki, bütün meyvələrdə çürümə olur. Düzü, bu elə də ciddi qəbul olunmur.
Amma çürümüş meyvələrin dadı dəyişir, həmçinin onlarda müxtəlif zərərli maddələr inkişaf edə bilər: 

“Bu gün şaftalı, alma və armuda qurd düşməsin deyə, onlara ⁷müxtəlif dərmanlar vurulur. Düzdür, dərman meyvələrin üzərinə vurulur, lakin hansısa formada həmin dərmanların meyvələrin içərisinə daxil olması mümkündür. Bu baxımdan da zəhərlənmə baş verə bilər. Zəhərlənmələr kəskin şəkildə klinik əlamətlərlə də özünü göstərir. Həmçinin , az dozalarla yığılıb klinik əlamət verməyən, amma, ümumiyyətlə, orqanizmdə problem yaradan zəhərlənmələr də mövcuddur”. 

Sevinc

0