Sərxoş və narkotik maddə təsiri altında olan sürücülər necə cəzalandırılır?

ÖLKƏ
16:31 / 29.03.2024
579

Tez-tez ictimai nəqliyyatda sürücü kobudluğu ilə qarşılaşırıq. 

Bəzən sərxoş və ya narkotik maddələrin təsiri altında olan sürücülərə də rast gəlmək olur.

Bu əlbəttə Bakı ətrafı qəsəbələrdə, gözdən uzaq məhəllələrdə işləyən nəqliyyat vasitələrinə daha çox aid edilir. 

Bəs  belə sürücüləri hansı cəza gözləyir?

Hit.az-ın sualını cavablandıran hüquqşünas Mehdi Məmmədov bildirib ki, avtobus sürücüsü sərxoş halda nəqliyyat vasitəsini idarə edərsə onun sürücülük vsiqəsi əlindən alınır, nəqliyyat vasitəsini idarə etmək hüququ iki il məhdudlaşdırılır. Həmçinin sərxoş halda iş başında yaxalanan sürücü barəsində on beş gündən bir ayadək inzibati həbs tətbiq olunur?

"Narkotik qəbul edib yola çıxmaq, bütün hərəkət iştirakçılarını təhlükəyə atmaq deməkdir. Narkotik vasitələrdən istifadə etdiyi sübut edilən sürücünü daha ağır cəza gözləyir. Bu məsələ İnzibati Xətalar Məcəlləsinin 333 maddəsi ilə tənzimlənir. Belə sürücülər dörd yüz manta cərimə olunur  və nəqliyyat vasitələrini idarə etmə hüququ ilədək məhdudlaşdırılır. Bu xəta 1 il ərzində  təkrar baş verdikdə 500 manat cərimə və iki ilədək məhdudlaşdırma cəzası tətbiq olunur. Sürücünün əvəllər məhkum olunduğu və narkotik maddələrdən istifadə etdiyi aşkarlanarsa, onu həbs gözləyir".

Murad

0