Bu il Qaradağlı kəndində axtarış-qazıntı işləri aparılacaq

ÖLKƏ
15:25 / 31.03.2024
268

Bu il Xocavənd rayonunun Qaradağlı kəndində axtarış-qazıntı işləri aparılacaq.

Bunu “Report”un Xocalıya ezam olunmuş əməkdaşına Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.

Onun sözlərinə görə, təsdiq olunmuş plana uyğun olaraq işlər aparılacaq: “Mən fürsətdən istifadə edərək qazıntı işlərində iştirak edən qurumlara təşəkkür edirəm. Əsas hədəfimiz sonuncu itkinin taleyinin müəyyən olunmasına kimi işləməkdir”.

0