"Udduğumuz hirs, qəzəb, kin öd daşlarının yaranmasına, öddə və qaraciyərdə iltihablanmaya səbəb olur".
Bu fikirləri Hit.az-a terapevt Seymur Hasiloğlu səsləndirib.
“İstənilən xəstəliyin kökündə sinirlərimiz, psixoloji problemlərimiz dayanır. Psixomatikaya görə, qəzəbli hirsi, nifrəti çox olan insanların ən çox əziyyət çəkdikləri xəstəlik öd və qaraciyər xəstəlikləridir. Mənfi hisslər hormonları artıraraq orqanların funksiyalarının sıradan çıxarmasına səbəb olur. Xroniki xəstəliklərin əsasında qəzəb, kədər kimi mənfi hisslər dayanır. Qorxu mədə-bağırsaq sisteminə, hədsiz kədər immun sisteminə, çəkə bildiyimizdən ağır qayğılar isə onurğamıza, dayaq hərəkət sistemimizə təsir edərək, xroniki xəstəliklər yaradır”, deyə həkim qeyd edib.
“Ona görə stresdən uzaq olmaq, sizə əsəb verən insanlardan kənar gəzmək, vaxtaşırı meditasiya ilə məşğul olmaq sizi mənən arındırar, artıq yüklənmələrdən xilas edər. Dərmanlar qədər seçdiyini, sizi əhatə edən mühit də önəmlidir”, deyə həkim vurğulayıb.
Murad