Heydər Əliyev Fondu Fazil Qaraoğlunun kirayə haqqını öz üzərinə götürdü

ÖLKƏ
17:33 / 01.04.2024
590

Beş gündür küçədə gecələyən professor Fazil Qara oğlu İsmayılovun (Qaraoğlu) kirayə problemi həll olunub.

HİT.az xəbər verir ki, Heydər Əliyev Fondu professorun birillik kirayə haqqını öz üzərinə götürüb.

Xatırladaq ki, professor Fazil Qaraoğlu beş gündür ki, küçədə gecələyir. O, yaşadığı mənzilin kirayə haqqını ödəyə bilmədiyindən ev sahibi tərəfindən mənzildən çıxarılıb. Deyilənə görə, professor sığınacağa getməkdən imtina edib.

0