Mövsümdən əvvəl yetişən meyvələr

ÖLKƏ
21:35 / 01.04.2024
464

Bazarlarda insanlara mövsümündən əvvəl yetişdirilən tərəvəz və bostan məhsulları təklif olunur. 

Aprel ayında bazarda çiyələk, alça və digər mövsümü olmayan meyvələr təklif olunur. 

Tibb üzrə ekspert, professor Adil Qeybulla Hit.az-a deybr ki, belə meyvə və tərəvəzlərin əksəriyyəti yeni modifikasiya olunan məhsullardır: 

"Adətən, bu məhsullar vaxtından əvvəl xüsusi iqlim şəraitində, istixanalarda yetişdirilir. Belə tərəvəzlərin və meyvələrin yeyilməsi orqanizm üçün təhlükəlidir. Elə məhsullar da var ki, onlar konservləşdirilərək saxlanılır. Geni dəyişən məhsulların bir xüsusiyyəti də var ki, onları konkret bir temperaturda illərlə saxlamaq mümkündür. Belə məhsullar lazımi vaxtdan bir qədər erkən satışa çıxarılır. Azərbaycanda 9 iqlim qurşağı var. Bizim hətta subtropik bitkiləri istehsal etmək və daxili bazarı təmin etmək qabiliyyətimiz var. Amma təəssüflər olsun ki, bundan yararlanmırıq. Hansı məhsullar ki, ölkə daxilində yetişdirilir, onu yetişdirən insanlara, fermerlərə, kəndliyə stimul vermək lazımdır. Onlardan təbii şəraitdə yetişdirilən məhsulu almaq lazımdır. Yalnız ölkədə olmayan ekzotik meyvələr idxal edilməlidir. Yerdə qalan məhsullar öz mövsümündə yeyilməlidir. Qida təhlükəsizliyi məsələsinə ciddi riayət etmək lazımdır. Bu, formal xarakter daşımamalıdır. Mövsümdən əvvəl yetişən meyvələr isti şəraitdə saxlanılır və yetişdirilir".

Sevinc

0