Redaksiyamıza sual daxil olub. Pakistan vətəndaşı Raşid Ahsan Übeyd soruşur ki, necə Azərbaycan vətəndaşı ola və Azərbaycanda yaşama icazəsini necə əldə edə bilərəm?
Yəqin qohumları xaricdə yaşayan və vətəndaşlığı olmayan bir çox soydaşlarımızı bu sual düşündürür.
Hit.az mövzu ilə bağlı hüquqşünas Elvin Babayevə müraciət edib.
Hüquqşünas qeyd edib ki, Azərbaycanda müvəqqəti yaşamaq üçün icazə almaq istəyən şəxs ölkə iqtisadiyyatına birdən- birə 500 000 vəsait qoyarsa, rahatlıqla icazə ala bilər:
"Valideynlər və uşaqlar, qardaş-bacı, nənə və nəvələr yaxın qohum hesab olunur, onlar vətəndaşlıq alıbsa, əcnəbi vətəndaşın icazə almasında problem yaranmır. Azərbaycanda 100.000 manat dəyərində daşınmaz əmlakı və ya bizim banklarımızda həmin məbləğdə pul vəsaiti olan, ölkəmizdə təhsil alan, dövlət tərəfindən dəvət edilmiş xüsusi kateqoriyaya aid mütəxəssislər və onların ailə üzvləri, ölkədə şirkət açan şəxslər müvəqqəti vətəndaş ola bilərlər. Tam vətəndaşlıq əldə etmək istəyən şəxs qanuni gəlir mənbəyinə malik olmalı, 5 il ölkəmizdə yaşamalı, Azərbaycan qanunlarına tabe olacağına dair öhdəlik götürməli və Azərbaycan dilini bilməsi haqqında sənəd təqdim etməlidir".
Murad