Şagird intiharları nə üçün artıb? - "Televiziya və sosial şəbəkələr..."

ÖLKƏ
15:33 / 04.04.2024
536

"Şagirdlərin intiharı müxtəlif səbəblərdən ola bilir. Amma əksər hallarda ya ailədaxili münaqişələrdən, ya da depressiyalardan qaynaqlanır".

Bu sözləri psixoloq Vəfa Rəşidova Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, bəzi şagirdlər gizli depressiya yaşayırlar:

"Gizli depressiya yaşayan insan isə intihara meyilli olur. Yəni bir anda intihar edə bilər. Həmçinin, yeniyetmələr valideynlərli ilə ciddi problemlər yaşayanda da intihara əl atırlar. Eyni zamanda, uşağın məktəbdə və ya başqa yerdə üzləşdiyi buillinq də buna səbəb ola bilir. Bundan başqa, daxili problemini heç kimlə bölüşə bilməyən uşaqlar da intihara cəhd edirlər. Yəni intiharın səbəbləri müxtəlifdir".

347193

Psixoloq qeyd edib ki, şagirdin intihar anında və ondan öncə hansı situasiyada olduğuna da baxmaq lazımdır:

"Bu, çox önəmlidir. Ümumiyyətlə, şagirdlərin intihar etmə səbəbləri müxtəlif olur və bunu bir səbəbə bağlamaq olmaz. Üstəlik, bəzi insanlar genetik olaraq intihara meyilli olurlar. Ona görə də bunu dəqiq araşdırmaq və səbəbini tapmaq lazımdır. Lakin hər insan müxtəlif səbəbə görə intihara əl atır". 

Vəfa Rəşidovanın sözlərinə görə, bəzi uşaqlar diqqət çəkmək üçün də intihara cəhd edir:

"Yəni bəzi uşaqlar bir növ "məni də görün" demək üçün intihara cəhd edirlər. Bütün bunların hamısını bir yerə toplayanda ciddi problem ortaya çıxır. Lakin intihara gedən yol 1-2 gün içində olmur. Belə ki, şagird bir müddət çətinlik yaşadıqdan sonra bu addımı atır. Onu da qeyd edim ki, televiziya və sosial şəbəkələr uşaqların intihara meyil etməsini artırır".

Pərviz

0