Küləkli havanın sağlamlığa təsiri...

ÖLKƏ
21:19 / 04.04.2024
331

Hazırda ölkə ərazisində küləkli hava müşahidə olunur.

Bu cür hava şəraiti insanlarda diskanfort hissi ilə yanaşı, sağlamlığa da təsir edir.

Professor, tibbi ekspert Adil Qeybulla Hit.az-a deyib ki, bu cür küləklər xəstə adamlara, tənəffüs yollarında problem olan, diabet xəstəsi olan, meteohəssas insanlara daha çox təsir edir: 

“Belə insanlar daha ehtiyatlı olmalıdır. Bir problem də ondadır ki, külək zamanı toz qalxır. Bu gün Bakıda tikinti gedir, yollar qazılır. Səhərdə tikinti materiallarının tozları havaya qalxır və bu da nəfəs yollarına daxil olur. Bu da insan orqanizmi üçün təhlükəlidir. Gözə toz vasitəsilə xırda əşyalar düşə və onu zədələyə bilər. Yəni küləkdə hansısa toz qırıntıları gözə gəlib düşür. Xüsusilə , nəfəs yollarında iltihab prosesi olan həssas insanlar daha diqqətli olmalıdırlar”.

Sevinc

0