"Valideynin məktəbi məhkəməyə vermək hüququ var" - Deputat

ÖLKƏ
16:24 / 05.04.2024
252

"Valideyn əgər məktəbin fəaliyyətindən, tədrisin keyfiyyətindən razı deyilsə, məktəbi məhkəməyə verə bilər. Bu Azərbaycan qanunvericiliyində əks olunub".

Bu fikirləri Hit.az-a deputat Etibar Əliyev deyib.

"Azərbaycan məktəblərində müəllimlər uşaqlara filan dərsi, filan kitabı oxuyun deyirlər. Amma bu kitabın,bu fənnin ona nə verəcəyini, nə üçün lazım olduğunu demirlər. 100 dənə gərəksiz ədəbiyyat oxutmaqdansa, işə yarayan, oxunması vacib olan 3 kitabı oxumaq tövsiyə edilsə  daha yaxşı olar. Bu məqsədlə mən öz sosial şəbəkə hesabımda oxunması vacib olan kitabların siyahısını və qısa məzmununu təqdim edirəm", deyə o bildirib.

Murad

0