Sarayda yeni təyinat

ÖLKƏ
23:23 / 05.04.2024
258

Heydər Əliyev Sarayına yeni direktor müavini təyin olunub.

Mədəniyyət Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bununla bağlı nazir Adil Kərimli müvafiq əmr imzalayıb.

Əmrə əsasən, sözügedən vəzifəyə Bəxtiyar Rahib oğlu Əmirbəyov təyin olunub.

 

0