Nəzarətsizlik qalan uşaqların acı sonu...

ÖLKƏ
21:56 / 05.04.2024
215

Sumqayıtda 5 yaşlı uşaq 7-ci mərtəbədən yıxılaraq ölüb.

Hadisə 9-cu mikrorayon ərazisində qeydə alınıb.2019-cu il təcəllüdlü Eduard Mayis oğlu Mürsəlovun yaşadığı evin eyvanından yıxılaraq öldüyü bildirilir.

Təəssüf ki, son vaxtlar belə xəbərləri tez-tez eşidirik.

Bəs bunun səbəbi nədir: diqqətsizlik, yoxsa...

Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, valideyn olmaq elə də asan bir şey deyil. Müəyyən bir yaşa qədər, ən azı 5-6 yaşa qədər saniyə-saniyə uşaq nəzarətdə olmalıdır. Evdə birinin işi varsa, digəri uşağa nəzarət etməlidir. Azyaşlı uşaqları diqqətdən yayındırmaq olmaz. Bu xüsusilə bina evlərinə birmənalı şəkildə aiddir: 

"Valideynlər təkcə uşaqlarını yedizdirən şəxs deyil, həmçinin onun sağlamlığı və psixologiyasını qoruyan şəxsdir. Ona görə də diqqətli olmaq lazımdır".

Sevinc

0