Prostat vəzi xəstəliklərinin səbəbləri...

ÖLKƏ
22:54 / 06.04.2024
290

Bu gün prostat vəzi xəstəlikləri və kişilərin cinsi zəflik problemləri – haqqında ən çox danışilan tibbi problemlərdəndir.

Belə ki, son illərdə həm prostat vəzi xəstəlikləri, həm də cinsi zəiflik problemləri ilə həkimə müraciətlərin sayı əvvəlki dövrlərlə müqayisədə xeyli artıb. 

Androloq Ramiz Abdullayev Hit.az-a şərhində bildirib ki, kişilər əksər hallarda, hətta kəskin ağrılar və sidik ifrazı pozğunluqları olduğu halda da həkimə müraciət etməyə tələsmirlər:

"Bu isə yolverilməzdir! Çünki vaxtında müalicə olunmadığı hallarda prostat vəzinin adenoması bir sıra çox ağır fəsadlara səbəb olur: Prostat vəzin iltihabi xəstəlikləri əsasən gənc yaşlardan etibarən özünü büruzə verir. Prostatitlər adətən sidik yolu və ya cinsiyyət yolundan keçən infeksiyaların ağırlaşması zamanı üzə çıxır, xəstədə yüksək hərarət, sidik kanalında ağrı, göynəmə, irinli axıntının gəlməsi kimi hallar müşahidə edilir. Həmin əlamətlərlə müraciət edən xəstə olanda stasionar şəraitdə antibiotik müalicə başlanılır. Müalicələr düzgün aparılanda xəstə qısa müddət ərzində tamamilə sağalır”.

Sevinc

0