Xankəndi şəhərinin yeni görüntüləri - VİDEO

ÖLKƏ
17:35 / 07.04.2024
345

Xankəndi şəhərinin yeni görüntüləri yayılıb.

Bu barədə video "Telegram" kanallarında yerləşdirilib.

Xatırladaq ki, 19-20 sentyabr 2023-cü ildə Azərbaycan ordusunun keçirdiyi lokal xarakterli antiterror əməliyyatının nəticəsində 29 sentyabrdan Azərbaycan polisi şəhərə nəzarəti bərpa edib. 15 oktyabr 2023-cü ildə Azərbaycan prezidenti İlham Əliyev Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını qaldırıb. 

8 noyabr 2023-cü ildə şəhərdə İkinci Qarabağ Müharibəsində əldə olunmuş qələbəyə həsr olunmuş təntənəli hərbi parad keçirilib.

21 dekabr 2023-cü ildə Xankəndidə futbol üzrə Azərbaycan kubokunda turnirin 1/8 final mərhələsində Ağdamın “Qarabağ” klubu MOİK-lə qarşılaşıb və Qarabağ 1:0 hesabı ilə qələbə qazanıb.//Bizim.Media 

0