Ağdaban sakini: “Erməni vandalları cansız daşlardan da qisas almağa çalışıblar”

ÖLKƏ
16:28 / 07.04.2024
235

“Erməni vandalları qəbiristanlığımızı dağıtmaqla öz vəhşiliklərini göstəriblər.”

Bunu APA-ya Kəlbəcər rayonun Ağdaban kənd sakini və soyqırımın şahidi Qiyas Alıyev faciənin ildönümü ilə əlaqədar kəndə təşkil olunmuş ziyarət zamanı deyib.

O bildirib ki, kənddə soyqırım törədən ermənilər daha sonra azərbaycanlıların izinin silmək üçün kənd qəbiristanlığını dağıtmağa çalışıblar.

“Allah cəmi dünyasını dəyişənlərə rəhmət etsin. Bu vandallığı törədən ermənilər öz vəhşiliklərini göstəriblər. Kənd camaatını öldürən, yandıran, evləri qarət edən düşmənlər hətta cansız daşlardan da qisas almağa çalışıblar. Allah şəhidlərimizə rəhmət etsin. Allah Azərbaycan ordusunu qorusun. Bizim faciələrimizi bütün dünya görməlidir. ”

0