İcra başçısı onu özünə birinci müavin təyin etdi - FOTO

ÖLKƏ
14:46 / 09.04.2024
327
Binəqədi Rayon İcra Hakimiyyəti başçısına birinci müavin təyin edilib.
 
Manset.az-ın əldə eydiyi məlumata görə, icra başçısı Elxan Allahverdiyevin əmri ilə Hacıbaba Babayev Adil oğlu başçının birinci müavini vəzifəsinə təyinat alıb.
 
O, bu təyinata qədər Binəqədi Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışıb.
 
Qeyd edək ki, bir müddət öncə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Leysan Məmmədov işdən çıxmışdı.
 
0