Körpələri atıb-tutmaq düzgündürmü?

ÖLKƏ
20:56 / 09.04.2024
453

Uşağın ağlamağından yorulmuş, bezmiş cavan valideynlər bəzən körpəni sakitləşdirmək məqsədi ilə onu silkələyir. Və ya uşaqla oynayanda ana və ya ata uşağı silkələyir, yuxarı atır. 

Təəssüf, əksər valideynlər bilmir ki, bu adi hərəkətlər körpənin sağlamlığında çox ciddi iz qoya bilər, hətta uşağın ani ölümü ilə nəticələnə bilər. Bu, xüsusilə 2 yaşına kimi olan uşaqlar üçün təhlükəlidir.

Pediatr, uzman Aqil Əliyev Hit.az-a deyib ki, körpələri havaya atıb-tutmaq doğru deyil:

"Körpənin ağlamasını dayandıra bilmədikdə get-gedə daha güclü formada bir yerdən digər yerə itələnirmiş kimi yellədilir. Bu cür həddən artıq yellənmə təhlükəli nəticəyə səbəb ola bilər.1 yaşa qədər körpələrlə daha ehtiyatlı davranmaq lazımdır. Körpələri sevmək məqsədiylə silkələmək, atıb-tutmaq də qəti qadağandır. Körpələri silkələyən zaman tək beyin qanaması deyil, beyindən qarın boşluğuna yönələn azan sinirin qopması, nəticədə tənəffüs dayanması baş verir".

Sevinc 
 

1