Aprelin 8-də 2024-cü ilin ilk Günəş tutulması tutulması baş tutub. Bakı Dövlət Universitetinin Astrofizika kafedrasının yaydığı məlumatda qeyd olunur ki, bu hadisə tam Günəş tutulmasıdır.
Tutulma hadisəsi aprelin 8-də Bakı vaxtı ilə saat 19:42-də başlayıb və aprelin 9-u saat 00:52-də sona çatıb. Tutulma hadisəsi 5 saat 10 dəqiqə 7 saniyə davam edib. Proses 3 saat 16 dəqiqə 45 saniyə davam edib.
Günəş tutulmasının insan sağlamlığına zərəri varmı?
Həkim Pərvanə Mustafayeva Hit.az-a bildirib ki, Günəş və Ay tutulmaları daha çox ürək çatışmazlığı və təzyiqdən əziyyət çəkən insanlara təsir edir:
"Tutulma zamanı maqnit dalğaları meteohəssas insanlara təsir göstərir. Hipertoniyadan əziyyət çəkən şəxslərdə təzyiqin yüksəlməsi, ürək çatışmazlığından əziyyət çəkənlərdə isə sıxılmalar, spazmlar müşahidə edilə bilər. Buna görə də belə insanların Ay və Günəş tutulması zamanı evdən kənara çıxmaması məsləhətdir".
Həkimin sözlərinə görə, Ay və Günəş tutulması zamanı günəşə birbaşa baxmaq ciddi görmə probleminə səbəb ola bilər.
Sevinc