Ukraynada həlak olan azərbaycanlı himnimizin sədaları altında son mənzilə yola salındı - VİDEO

ÖLKƏ
15:00 / 10.04.2024
355

Ukraynada gedən döyüşlərdə həmyerlimiz həlak olub.

MilliYol.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumatlar yayılıb.

Belə ki, Şəmkir rayonunun Qapanlı kəndindən olan Faiq Əsgərov döyüşlərdə həlak olub. Onun vida mərasimindən yayılan görüntülərdə mərasim iştirakçılarının diz çökdüyü, Azərbaycan Respublikası Himninin səsləndirildiyi və tabutunun üzərinə üçrəngli bayrağımızın örtüldüyü müşahidə olunur.

0