İsmayıllının bu kəndinin sakinləri alış-verişə atla gedirlər - VİDEO

ÖLKƏ
21:00 / 19.04.2024
251

İsmayılı rayonunun Qaraqaya kəndinin yolu bərbad vəziyyətdədir. Sakinlərin sözlərinə görə, uzun illərdir yol sarıdan xeyli əziyyət çəkirlər. Kənd yolundakı su, palçığa görə, məktəblilər dərsə, valideynlər isə iş dalınca gedib-gəlməkdə çətinlik çəkirlər. 

Elə ki, yağış yağır dağlıq ərazidə yerləşən kəndin yolları keçilməz olur. Böyük maşın olmasa kəndə gediş-gəliş mümkün olmur. Qaraqaya sakinləri dəfələrlə aidiyyəti orqanlara müraciət etsələr də, bu günə qədər yolda heç bir əməli iş görülməyib. 

Məsələ ilə bağlı Qaraqaya kəndinin də daxil olduğu Təzəkənd bələdiyyəsindən APA TV-yə bildirilib ki, yolun vəziyyətindən xəbərdardırlar. Problemlə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə əlaqə saxladıq. Qurumdan verilən cavab isə belə oldu. 

Qeyd edək ki, Qaraqaya kəndi İsmayıllı rayonunun səfalı və turizm üçün əlverişli kəndlərindən biridir. Burada 355-dən çox sakin yaşayır.

0