“Əvvəlki illərlə müqayisə çörək satışı azalıb. Bunun da səbəbi pəhrizlə bağlıdır. Çörəyə təlabat azaldığı üçün çörək istehsalçıları da istehsalı azaltmaqda məcburiyyətində qalır”.
Bu sözləri Hit. Az-a şərhində kənd təsərrüfatı sahəsi üzrə ekspert Akif Nəsirli deyib.
Ekspert bildirib ki, çörək satışı baş tutmursa mütləq şəkildə istehsal azalmalıdır. Çörək istehlakı azalıb, israfçılıq daha da azalır. Ancaq çörəyə təlabatın azalması qiymətlərə təsir etməyəcək:
“Əhalinin çörəyə olan təlabatı 40 faiz azalarsa, istehsalçılar qiyməti dəyişməli olacaq”.
Sevinc